Biz nə təklif edirik?
Hogwart ailəsi olaraq, biz sənə müxtəlif şaxəli xidmətlər təklif edirik. Ən əsası xaricdə təhsil almaq üçün ən güvənilir şirkət olduğumuzu iddia edirik. Sənin xaricdə təhsil almaq üçün nə qədər həvəsli olduğunu, nə qədər çox əziyyət çəkdiyini görürük. Buna görə də əziyyətinin bizimlə itməyəcəyinə əmin ola bilərsən. Təcübəli mütəxəssislərimizlə ödənişsiz konsultasiyalarda iştirak edərək, ətraflı məlumat ala, universitet, təqaüdlərə müraciət , ən professional, ən əsası individual motivasiya məktubu, referans məktubu, CV hazırlanması kimi xidmətlərimizdən yararlana bilərsən. Mühasibatlıq kurslarımıza da yazılaraq, bu sahədə inkişaf edə bilərsən. Əsas hədəfimiz xaricdə təhsili sizlər üçün əlçatan etməkdir.
Xaricdə təhsil
Dünyanın dörd bir yanında tələbələrimiz və əməkdaşlarımızla genişləndirdiyimiz, hər zaman inkişaf edib, xaricdə təhsil xidmətlərimizi mükəmməlləşdirərək, hər il yüzlərlə tələbəni sevindiririk. Eyni zamanda ödənişsiz iştirak edə biləcəyin Erasmus layihələri, beynəlxalq proqramlar üçün müraciət edirik. Sən də uğura gedəcəyin yolda ən doğru seçimi et və xidmətlərimizlə tanış ol.
İngilis dili dərsləri
İngilis dilində danışa bilmək üçün ən önəmli məqamın praktika olduğunu hamımız bilirik. Biz sənə bunun üçün də fürsət yaratdıq. Peşəkar müəllimlərimizlə uyğun qiymətli conversation dərslərimizə qatılaraq, ingilis dili qorxularını, sərhədlərini aşa biləcəyinə, ən əyləncəli, maraqlı dərslərlə qısa zamanda danışacağına sənə söz veririk.
Akademik məktublar
Kurs işləri, motivasiya məktubları, referans məktubları, CV hazırlanmasında köməyə ehtiyacı olan tələbələrə akademik dəstək veririk. Akademik məsləhətçilər və repetitorlardan ibarət komandamız tələbələrin akademik məqsədlərinə çatmasını təmin etmək üçün fərdi yardım təklif edir. Hər biri sənə və müraciət edəcəyin yerə uyğun fərdi şəkildə hazırlanır.
Mühasibatlıq dərsləri
Mühasibatlıq modern dünyanın ən çox tələb olunan sahələrindən biridir və bu sahədə peşəkar mütəxəssislərə ehtiyac günü gündən artır. 1C, mühasibatlıq, vergi uçotu, insan resursları dərslərində iştirak edərək, özünü inkişaf etdirə bilərsən. Eyni zamanda əgər mühasibat, vergi uçotu xidmətlərinə ehtiyacın varsa, bu xidmətlərimizdən də yararlanmaq üçün müraciət edə bilərsiniz.
Bəs tələbələrimiz
nə deyir?
Buradan tələbələrimizin bizim haqqımızda dediklərini oxuya bilərsiniz.
